İsrail fələstinlilərin bu torpağını da ələ keçirdi

İsrail İordan çayının qərb sahilində 150 hektar ərazini ələ keçirib.

Azərmedia.az xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.

Təşkilat 1987-ci ildə verilən və dövlət malı olduğu iddia edilən 3 ərazinin müsadirə edilməsini təsdiqləyən qərarın qüvvəyə minməsindən sonra açıqlama yayımladığını bildirilib.

İsrailin 1980-ci illərdən bəri bu bölgədə yəhudi yaşayış məntəqəsi inşa etməyi planlaşdırdığı qeyd edilib.  /Axar.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •