Yeznələrinin ölümü Gülyaz və Gülyanaq bacılarının konsertini təxirə salmadı

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ailəsində baş verən bədbəxt  hadisə onların oktyabr ayına nəzərdə tutulan solo konsertinə heç bir təsir etməyəcək.

Azərmedia.az xəbər verir ki,bu barədə Modern.az-a Xalq artisti Gülynaq Məmmədova məlumat verib. O bildirib ki, bacılarının həyat yoldaşının vəfatı onların ailəsini dərindən kəndərləndirib, lakin bu tədbirin vaxtı, məkanı daha öncədən müəyyənləşdirildiyindən və tamaşaçılara elan olunduğundan konsert proqramı təxirə salınmayacaq.

     “Atalarımız deyib ki, xeyir və şər qardaşdır.  Biz sənətçilərin isə bir gözümüz ağalayanda bir gözümüz daim gülüb, çünki, bizim şəxsi problemlərimizin, dərdlərimizin tamaşaçıya heç bir aidiyyatı yoxdur. Biz bunu səhnəyə yansıtmalı deyilik” – deyə, Gülyanaq Məmmədova bildirib.

     Xalq artistlərinin konserti oktyabrın 30-da Heydər Əliyev Sarayında keçirilicək. “İki qəlbin nəğməsi” adlı konsert proqramı saat 19:00-da başlayacaq.

      Xatırladaq ki Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşı Mövsüm Məmmədkərimov sentyabr ayının 24-də Yevlax rayonunda baş verən avtomobil qəzasında həyatını itirib. Hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar isə Mövsüm Məmmədkərimovun övladlarıdır. Gülyanaq Məmmədova onu da əlavə edib ki, hadisə zamanı xəsarət alan şəxlərin vəziyyəti hazırda yaxşıdır və onların müalicəsi davam etdirilir.

     Konsert proqramının keçiriləcəyi vaxt sentyabr ayının 1-də elan olunub və həmin tarixdən biletlərin satışına başlanılıb. Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin bütün kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •