Həsən Ruhani Ermənistanda

İran prezidenti Həsən Ruhani Ermənistana səfər edib.

Azərmedia.az  xəbər verir. İran liderini İrəvandakı “Zvartnots” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

H.Ruhani 1 oktyabrda İrəvanda keçiriləcək Ali Avroasiya İqtisadi Şurasının genişləndirilmiş toplantısında iştirak etmək üçün Azərbaycan torpaqlarını işğalda saxlayan ölkəyə gəlib.

Qeyd edək ki, artıq Belorus prezidenti Aleksandr Lukaşenko da Ermənistandadır. Sabah isə Rusiya prezidentinin bu ölkəyə səfəri gözlənilir./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •