Rafael Cəbrayılov varlıları TƏHQİR ETDİ

Mənim atamın ən böyük vəzifəsi avtobus sürücülüyü olub.

Bu sözləri bu gün deputat mandatından imtina edən Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib. O, kasıb ailədə böyüdüyünü, 9 uşağın böyüyü olduğunu və kasıb ailələrin necə yaşadığını yaxşı bildiyini qeyd edib:

“Mən avtobus sürücüsünün qazandığı qəpiklərlə böyüməyin, kasıb həyat tərzi sürməyin, bir uşağın digərinin paltarını geyinib məktəbə getməyin nə olduğunu çox yaxşı bilirəm və həmişə də bununla fəxr etmişəm. Həmişə də o fikirdə olmuşam ki, kasıb ailədə böyüyən uşaqlar daha yüksək mənəvi keyfiyyətlərə sahib olurlar, nəinki milyonların içində böyüyən uşaqlar”.

R.Cəbrayılov bu baxımdan atdığı hər hansı addımları (borc qalmaqalı və borca görə deputat vəsiqəsinin girov qoyulması məsələlərindən bəhs edilir – red.) “böyük qəbahətli addım saymadığını” bildirib. (axar.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •