Azərbaycanda bu sahələr üzrə həkimlər hazırlanacaq

Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq.

Azərmedia.az xəbər verir ki, bu barədə Trend-ə universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək.

Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •