Aktyora qarşı çıxan müğənini üçün acı sonluq – VİDEO

“Maşın” realiti-şousunu daha bir nəfər tərk edib.

Azərmedia.az xəbər verir ki, iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Aysun İsmayılova olub. O, xalqdan dəstək istədiyini dilə gətirib:

“Anam Rəqsanə İsmayılova məni sizin verdiyiniz çörəklə böyüdüb. Xalqdan dəstək istəyirəm. Anamdan başqa heç kəsim yoxdur, o da Moskvadadır. Ondan da səs istəyirəm”.

Aysun oyunda qalacağı təqdirdə aktyor Məcid Hüseynovu şoudan uzaqlaşdıracağını deyib.

Sonda A.İsmayılova 44,86 faiz səs toplayaraq yarışmanı özü tərk etməli olub.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami,  aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov  davam etdirir.VIDEO

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •