Cinayətkar “Sberbank” bankomatını yarmaq istəyərkən öldü – VİDEO

37 yaşlı Petrozavodsk (Rusiya) sakini “Sberbank” bankomatını qarət etmək istədi, lakin cinayət faciə ilə bitdi.

Voloqda region” xəbər verir ki, hadisə Çerepovets şəhərində baş verib.

Bankomatı yarmaq üçün cinayətkar qaz cihazından istifadə edib. Lakin hansısa nasazlıqdan partlayış baş verib.

Hadisə yerinə gələn polis işçiləri qarətçinin meyitini tapıblar. Onun şəriki isə qaçmağa müvəffəq olub.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır./oxu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •