Almaniyada yenidən yəhudiləri öldürürlər – FOTO

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxslər yahudilərə odlu silahla hücum ediblər.

RİA “Novosti” xəbər verir ki, atışma yerli sinaqoq yaxınlığında olub, bu zaman yəhudilər “Yom Kipur” dini bayramını qeyd etmək üçün məbədə toplaşıblar.

Cinyətkarlar yəhudi qəbiristanlığına qumbara da atıblar. Onlar sinaqoqa daxil olmağa cəhd ediblər.  

Hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bir müddət sonra polis cinayətkarlardan birinin tutulması haqda xəbər yayıb, axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Almaniyanın Baş prokurorluğu hadisənin istintaqına başlayıb./oxu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •