Xalq artisti “Maşın”dan getdi

“Maşın” realiti şounun gedişində yenə də qalmaqal baş verib.

Azərmedia.az xəbər verir ki,  “Maşın” realiti-şousunda növbəti səsvermə zamanı iştirakçılar tərəfindən ən çox fotosu atılan müğənni Niyam Salami olub.

Amma səsvermə yekunlaşmamış Xalq artisti Fatma Mahmudova əlini çəkərək yarışmadan uzaqlaşıb.

Aktrisa gedişinin səbəbini açıqlamayıb.

Sonda N. Salami 69,36 faiz səs toplayaraq yarışmada qalıb. Amma o, heç kimi şoudan uzaqlaşdırmayıb.

Qeyd edək ki, şouda oyunu müğənnilər Türkan Vəlizadə, Ramal İsrafilov, Niyam Salami,  aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova  davam etdirir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •