Hulusi Akar təkzib etdi: “ABŞ əsgərlərinin atəşə tutulmasından söhbət gedə bilməz”

“ABŞ və ya beynəlxalq koalisiya əsgərlərinin atəşə tutulmasından söhbət gedə bilməz. Biz ABŞ tərəfi ilə koordinasiyalı fəaliyyət göstəririk”.

Azərmedia.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Pentaqonun rəsmi nümayəndəsi oktyabrın 11-də yerli vaxtla təxminən saat 21:00-da Amerika hərbçilərinin Kobani rayonunda Türkiyə artilleriyasının atəşinə məruz qaldığı, lakin insident nəticəsində xəsarət alanların olmadığı barədə məlumat yaymışdı./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •