Elçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bu gün Ermənistanla sərhəd bölgəsindəki atışmada yaralanmış əsgərə və valideynlərinə baş çəkib.

AzərMedia.az xəbər verir ki, DSX rəisi xəsarət alan əsgər Elçin Bayramovu hospitalda ziyarət edərək vəziyyəti ilə maraqlanıb.

O, bildirib ki, xidmət müddət başa çatmış əsgər tam sağaldıqdan sonra hospitaldan təxris olunacaq.

Daha sonra isə E.Quliyev əsgərin valideynləri ilə görüşüb.

Qeyd edək ki, ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •