İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir”

“Sosial şəbəkələrdə yayılan, Tərtərdə çəkildiyi iddia edilən video yenidir və reallığı əks etdirir”. 

Azərmedia.az bildirir ki,bu barədə Modern.az-a Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, 18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar gənclərin təmas xəttinə yürüşü təşkil olunub:

“Yürüş Tərtər Rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib. 6 minə yaxın gəncin iştirakı ilə baş tutan böyük hərəkət Tərtər şəhərindəki Bayraq Meydanından işğaldan azad edilmiş Şıxarx qəsəbəsinədəki “Marağa–150” abidəsinin qarşısınadək davam edib. Yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları tutmuş gənclər “Müstəqilliyimiz əbədidir”, “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər. Aksiya gənclərin hazırladığı fləşmobla başa çatıb”.

Qeyd edək ki, həmin yürüşlə əlaqədar sosial şəbəkələrdə video yayılıb. Buradan həmin kadrları götürüb, yayan erməni mətbuatı isə təxribata yol verərək, kadrları köhnə adlandırıb. Tərtər Rayon İcra Hakimiyyətinin yürüşün oktyabrın 16-sı keçirildiyini təsdiqləməsi ilə Dağlıq Qarabağdakı separatçı rejimin və erməni mətbuatının qərəzli məqsədləri bir daha iflasa uğradı.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •