Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bu barədə Trend-ə özəl olaraq Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, o və müvəkkili bu gün keçirilən məhkəmə prosesinə getməsə də, məhkəməyə rəsmi müraciət göndərib: “Müraciət etmişdik ki, prosesə qatıla bilmirik və xahiş etmişdik ki, prosesə bizim iştirakımız olmadan baxılsın və iddia təmin olunsun. Deyəsən qarşı tərəf də prosesə gəlmədiyi üçün məhkəmə prosesi oktyabrın 24-nə keçirilib”.

Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •