Suriyada Türkiyəyə qarşı vuruşan erməni terrorçular Qarabağda döyüşmək üçün təcrübə keçirlər” – FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Barış Pınarı” hərbi əməliyyatında Türkiyə ordusuna qarşı döyüşən erməni əsgərlərin şəkilləri yayılıb.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Diriliş Postası” nəşrinin azərbaycanlı jurnalisti Ceyhun Aşirov yayıb.

“Suriyada bir hissəsi Suriya ermənisi, bir hissəsi Ermənistan ermənisi olan 1000-ə yaxın ermənilərdən ibarət döyüşçü alayı var. Bu alay YPG/PKK  terror təşkilatının tərkibində təmsil olunaraq məqsədlərinə uyğun hərəkət edirlər. Bir digər məqsədləri isə Qarabağda baş verəcək mümkün hərbi əməliyyat üçün hazırlaşmaq və hərbi əməliyyat təcrübələrin artırılmasıdır” – Ceyhun Aşirovun yazısında belə deyilir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •