PKK/PYD/YPG bağlı yunan anarxistləri Atatürkün Ev Muzeyinə hücum edib – Türkiyə XİN

Yunanıstanın Saloniki şəhərində yerləşən Atatürkün Ev Muzeyinə PKK/PYD/YPG terror təşkilatı tərkibində fəaliyyət göstərən yunan anarxist qrupları tərəfindən hücum olub.

Azərmedia.az xəbər verir ki, Türkiyə XİN sözçüsü Hami Aksoyun yaydığı məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə 12:00 radələrində baş verib.

Aksoyun yaydığı bəyanatda deyilir:

“PKK/PYD/YPG terror təşkilatı tərkibində fəaliyyət göstərən yunan anarxist qrupları tərəfindən bu gün 12:00 radələrində Saloniki Baş Konsulluğumuzun yerləşən Atatürk Evinə hücum ediblər.

Aksiyaçılar konsulluğun əməkdaşları tərəfindən Atatürk Evinin bağçasında saxlanılıb və türk milləti üçün son dərəcə yüksək mənəvi dəyəri olan Atatürk Evinin və Baş konsulluğumuzun üzvlərinin can və mal təhlükəsizliyinə ziyan vurulmağa fürsət vermədən yunan polisinin nəzarətində Baş Konsulluğumuzun həyətindən çıxarılıblar”.

XİN sözçüsü bu hücumu yunan təhlükəsizlik qüvvələrinin böyük zəifliyi adlandırıb, onları belə aksiyaları planlama mərhələsində qarşısını almağa çalışıb.   /Avropa.info/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •