Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər

Almaniya Ürək Fondunun mütəxəssisləri ürəktutmanın yaxınlaşmasını göstərən əlamətlər barədə məlumat veriblər. AzərMedia.az AZƏRTAC-a istinadən bildirir ki, kardioloqlar ürəyin sağlamlığına ayaqlarda ağrı, soyuqdəymə və ya qripdən sonra güclü zəiflik, habelə pilləkən qalxanda təngnəfəslik hiss etdiyiniz hallarda xüsusi diqqət yetirməyi məsləhət görürlər.

Almaniya həkimləri yerimə zamanı baldırlarda yaranan ağrını infarktın yaxınlaşmasının ən təhlükəli əlaməti hesab edirlər. İnsan uzananda ayaq barmaqları ağrıyırsa, ayağa qalxanda ağrı keçirsə, öz sağlamlığının qayğısına qalmalıdır, çünki bu, ayaqlarda aterosklerozun iki əlamətidir. Kardioloqlar vurğulayırlar ki, ürək çatışmazlığı respirator pozulmalara ağciyər xəstəliklərindən daha çox səbəb olur.

Bundan əlavə, infeksiyadan sonra ayaqlarda şişmə, sinədə təzyiq, azacıq gərginlik keçirən kimi nəbzin qeyri-müntəzəm vurması, yaxud təngnəfəslik hissi əlamətləri müşahidə ediləndə də ürəyi yoxlamaq lazımdır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •