Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı

Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan daha bir qızıl medal qazanıb.
Sərbəst güləşdə Cəbrayıl Hacıyev (-65 kq) finalda rusiyalı Batırbəy Tskovrebova əzmkarlığı hesabına qalib gəlib.
İdmançımız 6:5 hesablı qələbə qazanaraq Azərbaycana səkkizinci medalı qazandırıb.
Qeyd edək ki, bununla da güləş yarışlarına yekun vurulub. Azərbaycan güləşdə 18 idmançı ilə təmsil olunub və bunlardan 16-sı medal qazanıb.
Hazırda Azərbaycanın səkkiz “qızıl”ı, beş “gümüş”ü və üç bürünc medalı var.
Komandamız medal sıralamasında aşkar fərqlə liderdir. (oxu.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •