Ərdoğandan İrana sərt ittiham: “Xəyanətdir!”

“İrandan gələn bəzi açıqlamalardan narahatam!”

Azermedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan bunu Rusiya səfəri öncəsi keçirdiyi mətbuat konfransında deyib.İranın Türkiyənin Suriyada keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına müxtəlif reaksiyalar verdiyini vurğulayan Ərdoğan davamında :“İrandan gələn bəzi açıqlamalardan ciddi narahatam. İran heç də uzaq olmayan, 15-20 il əvvəlki keçimişinə nəzər salsa, Rəcəb Tayyib Ərdoğanın İranın nüvə silahı ilə bağlı məsələsində hansı mövqe tutduğunu görər. Mənim bu mövqeyimi bütün dünya bilir. Təəsüf ki, İrandan “Barış pınarı” əməliyyatına qarşı müxtəlif reaksiyalar verilib. Təbii ki, bunu İran prezidenti Həsən Ruhani demir. Amma başda cənab Ruhani olmaqla bu cür danışanları susdurmalı idilər. Belə reaksiyalar başda özüm olmaqla bütün dostlarımı narahat edir.Biz Soçi müqaviləsini imzalayan 3 ölkədən biriyik. Bir sənədə imza atmış, eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi? Bu hərəkətlərin hamısı yanlışdır. Ona görə də, “Barış pınarı” əməliyyatları ilə bağlı verdikləri reaksiyalara görə onları ciddi şəkildə qınayıram. Biz Astana prosesi ilə başlayan və Soçi müqaviləsi ilə davam edən bir mərhələni bundan sonra necə davam etdirəcəyik?”, – deyə bildirib.  /BakuPost.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •