Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü başlayır

Bu gün Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçiriləcək.

 Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü bu gün və sabah keçiriləcək.

Xatırladaq ki, Hərəkat 1961-ci ildə yaradılıb. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin təqribən 55%-i Hərəkata üzv ölkələrdə yaşayır. Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir./turkustan.info/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •