Ermənistanda hərbiçilər pulsuz qalıb

Ermənistanda yüzlərlə hərbçi və digər güc strukturlarının işçiləri xidmət illərində toplanmış məzuniyyət pullarını ala bilmirlər.

AzərMedia.az yerli mediaya istinadən xəbər verir ki, ehtiyatada olan hərbçilər birliyinin üzvü Qevork Ovhannisyan bildirib ki, dövlətin hərbi qulluqçulara borcu milyonlarla dollar həcmində qiymətləndirilir.

Ermənistan Müdafiə Nazirliyində faktı təkzib etməyiblər. Lakin hərbçilərin sayını, borcun miqdarını açıqlamaqdan imtina ediblər.

Müdafiə Nazirliyindən bu cür statistikanı saxlamadıqları, problemin neçə hərbçini əhatə etməsinin araşdırıldığı bildirilib./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •