Fədayə azadlığa çıxmasını belə qeyd etdi – Fotolar

Müğənni Fədayə Laçın azadlığa çıxması münasibətilə yığıncaq təşkil edib.

AzərMedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxt məkanlarının birində keçirilən gecədə sənət dostları Fədayəni tək qoymayıb. Müğənni uzun fasilədən sonra səhnəyə də çıxıb.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •