Bloqqer Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir: Namizədliyini verdi

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Turkustan.info report-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından “Report”a faktı təsdiqləyiblər. 

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 

Bloqqer Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir: Namizədliyini verdi
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •