Erməni tankçıları “biatlon”da biabırçılıqla yadda qalıb

Moskva yaxınlığındakı “Alabino” təlim poliqonunda keçirilən “Tank biatlonu”nun üçüncü günü erməni tank heyətinin biabırçılığı ilə yadda qaldı.

Azermedia.az ordu.az-a istinadən xəbər verir ki, bazar ertəsi günü Rusiya, İran, Qırğızıstan və Ermənistandan olan tankçıların növbəti yarışı reallaşıb. 

Sonuncular, yeri gəlmişkən, əsl hədəfdən yayınanlar oldu – ermənilər həm “tankı”, həm də “helikopteri” vura bilmədi.

Hədəfdən yayındığına görə erməni komandası cərimə zolağına gedərək orada əlavə 40 saniyə sərf etməli idi ki, bu da rəqiblərin – qırğızların irəli keçməsinə imkan verdi. Armen Sarkisyanın komandasının problemlərinə atəş xəttində çox vaxt keçirməsi də əlavə olunaraq, tank biatlonunun üçüncü günündə Ermənistan komandası son yerdə qərarlaşdı. 

Qırğızıstandan olan heyət isə final mərhələsində qələbə aləti olaraq çox aqressiv, sürətli idarəetmə tərzi seçən iranlılara cəmi 35 saniyə uduzaraq 33 dəqiqə nəticə ilə üçüncü yeri tutdu. Birinci yerdə rus tankçılarıdır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •