Türkiyə Suriyada yeni hərbi baza inşa edir
Türkiyə Suriyanın Ras-əl-Eyn şəhərinin yaxınlığında yeni hərbi bazanın inşasına başlayıb.
AzərMedia.az Türikiyə KİV-nə istinadən xəbər verir ki, hərbi baza əl-Havas kəndində yerləşəcək.
Artıq hərbi bazanın tikintisi Suriya rəsmilərinin narazılığına səbəb olub. Onlar “Barış Pınarı” əməliyyatı zamanı Türkiyə ordusunun nəzarətə götürdüyü şəhərdə hərbi bazanın tikintisini təhlükəli addım sayırlar. /Modern.az/