Erməni komandir əsgərlərinin üzərindən addımladı

İşğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsinə aid edilən müdafiə rayonunun Madagizdəki hərbi hissəsində cinayət zolağı formalaşdırılıb.

Hazırda Ermənistan ordusunda qulluq edən zabitlərin bir hissəsinə qarşı cinayət işlərinin istintaqı aparılır, bir hissəsi isə müxtəlif cinayətlərə görə məhkum ediliblər. 

Məlumata görə, buna baxmayaraq, onlar işdən azad edilməyib və xidməti vəzifə borclarının icrasına davam edirlər. Əsgərlərə qarşı zorakılıq etmə bu vəzifə borclarının tərkib hissəsidir. Müddətli xidmət erməni hərbi qulluqçularına işgəncə verir və onlara qarşı sadist cəzalar tətbiq edirlər. 

“Bütün bu əməllərə Madagiz yaşayış məntəqəsində dislokasiya olunan 10-cu dağ atıcı diviziyanın 6-ci müdafiə rayonu hesab edilən, şərti adı “Satana” olan 33651 nömrəli hərbi hissə komandiri polkovnik Armen Qyozalyan rəhbərlik edir. Motoatıcı taborun Qərargah rəisi, komandir müavini, onun sağ qolu hesab edilən, mayor Artur Fahradyan ən qəddar zabit şöhrətinə malikdir. O, əslən Ermənistanın Armavir vilayətindəndir. Qarabağda məskunlaşıb, subaydır. 31 yaşında olan mayor artıq 2 dəfə məhkəmə qarşısına çıxıb. Lakin 3-cü qarnizonun hərbi prokurorluğu, Sünik məhkəməsinin hakimləri Qnel Qasparyan və Davit Sarkisyan məlum cinayətkara qarşı mülayimlik nümayiş etdiriblər. 

2018-ci il yanvarın 12-də gecə vaxtı mayor Fahradyan əsgərləri yerə uzandıraraq, onların üzərində addımlayıb. Bununla da “Yat” komandasından sonra yataqxanada çörək yediklərinə görə onları bu yolla cəzalandırıb. Onları cəzalandıraraq, mayor Fahradyan 3 nəfər kiçik çavuşu Mxitar Sarkisyan, Sergey Qriqoryan və Narek Poğosyanı döyüb. O, çavuşları döyməklə kifayətlənməyib, səhər tezdən saat 07:30 radələrində Narek Poğosyanı və əsgərlər olan, maddi təminat taqımının avtomobil manqasının sürücüsü Şahen Poğosyanı, tibb məntəqəsinin sürücü-sanitarı Tevan Hambartsumyanı, Baş atıcı zenitçi Tiqran Mxitaryanı, kəşfiyyatçı snayper Davit Çatyanı və qumbaraatan taqımın sürücüsü Xoren Qabrielyanı taborun binası qarşısında saxlayıb. Plastmas su qabla kiçik çavuş Poğosyana bir neçə zərbə endirməklə, bədən xəsarətləri yetirib. Digərlərinə “uzan-qalx” komandaları verməklə, həmin vaxt ərzində onların üzərindən addımlayaraq bədən xəsarətləri yetirib”, – deyə erməni KİV-ləri yazır. 

Məlumata görə, 2018-ci il avqustun 22-də Fahradyan haqqında imza qarşılığında yaşayış yerini tərk etməmə qərarı verilib. Ermənistan hərbi prokurorluğu təqribən 6 ay davam edən ilkin araşdırma ərzində, hətta mayoru təcrid belə etməyib. Qəddar mayora qarşı bu mülayim qərarı 3-cu qarnizon hərbi prokurorunun müavini Boris Baxşyan tətbiq edib. May ayında həmin Baxşyan hakim olub. Fahradyana Ermənistan CM-nin 2 maddəsi üzrə ittiham irəli sürülüb. Fevral ayında Gorus məhkəməsinin hakimi Davit Sarkisyan bu cinayət işinin istintaqını tezləşdirilmiş şəkildə başa vurub. Cəmi bir məhkəmə iclası təyin edən hakim elə həmin gün 2019-cu il fevralın 19-da hökm haqqında qərar verib. Verilən hökmlə 4 il müddətinə azadlıdan məhrum edilən mayora qarşı hərbi hissə komandirinin verdiyi xasiyyətnamə və xidmətləri nəzərə alınaraq, cəzanın sınaq müddəti ilə şərti çəkilməsinə dair yekun qərar qəbul edilib. 

Vurğulanır ki, “cəsarətli” mayor cəmi bir neçə ay sakit dura bilib. Məhkəmə tərəfindən təyin edilən sınaq müddətini pozmaqla yenidən cari il ərzində əsgər döyüb. Bildirilir ki, motoatıcı taborun Qərargah rəisi, komandir müavini, mayor Fahradyana qarşı tabeliyindəki hərbi qulluqçu, əsgər B.Hovhanisyanı döyməklə bədən xəsarətləri yetirdiyinə görə ittiham irəli sürülüb. İş üzrə bir məhkəmə iclası keçirilib. İkinci məhkəmə iclası avqustun 28-də təyin edilib. Yenə məhkəmə onu təcrid etməyib. Komandir Armen Qyozalyan isə sağ əli olan Fahradyanı əsgərlərlə “iş sahəsi”ndən uzaqlaşdırmağa tələsmir. 

Erməni KİV-lərinə görə, Tonoyan əgər Fahradyanı dəstəkləməsəydi, o, özünü belə apara bilməzdi.

“Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə sorğuya cavab olaraq qeyd edib ki, əsgərləri döyməsinə görə şərti cəza alan şəxsi çıxarıb-çıxarmamaq barədə Qyozalyan qərar vermir. 
“Ən azı bu o demkdir ki, əsgərləri döyüb, qıranlar Müdafiə Nazirliyinin və komandanlığın xüsusi himayəsi altındadırlar və hər hansı səbəblərə görə adları qeyd edilənlər tərəfindən həvəsləndirilirlər.

Bu gün cinayətkar olan mayor, özünü prokurorluq, məhkəmələr, öz komandiri polkovnik Armen Qyozalyan, Müdafiə naziri Davit Tonoyan tərəfindən tam müdafiə edilən hiss edir. Madagizdəki hərbi hissədə isə cinayət hadisələri davam edir”, – deyə erməni KİV-ləri yazır. /ordu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •