Qarabağ danışıqlarında İrəvan çətin durumdadır – Nakalyan

Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlarda Ermənistan üçün əlverişsiz situasiya yaranıb.

AzərMedia.az xəbər verir ki, bunu Ermənistanın Adekvad Partiyasının nümayəndəsi, politoloq Konstantin Ter-Nakalyan jurnalistlərə açıqlamasında deyib.

“Son 48 saat ərzində biz Bratislavada baş verənlərlə bağlı Ermənistan hakimiyyətindən ağıllı cavab ala bilmirik. Sanki XİN bizi əmin etməyə cəhd edir ki, bu danışıq yox, məsləhələşmədir. Bununla belə, görüşün digər üzvləri Minsk Qrupunun həmsədrləri kimi, Azərbaycan tərəfi də israr edir ki, bu, danışıqlar idi. Ermənistanda son 1,5 il ərzində baş verənlər nizamsızlıqdır”, – deyə o bildirib.  /Axar.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •