ABŞ və Rusiya qırıcıları yenidən üz-üzə: Gərginlik pik həddə/Video

Rusiya ilə Yaponiya arasında mübahisə mövzusu olan Kuril adaları ətrafında ABŞ-a aid müşahidə-kəşfiyyat təyyarəsi uçuş həyata keçirib və Rusiya MİQ-31-ləri ilə üz-üzə gəlməli olub.

AzərMedia.az xəbər verir ki, ötən günlərdə Baltik və Qara dəniz üzərində müşahidə olunan ABŞ-Rusiya gərginliyi bu dəfə Uzaq Şərqdə yaşanıb.

ABŞ-a aid B-1B strateji bormbardmançı və kəşfiyyat təyyarəsi Kuril adaları ətrafında uçuş həyata keçirib. Bundan dərhal sonra Rusiyaya aid MİQ-31 qırıcısı havaya qaldırılıb. Rus qırıcısı ABŞ təyyarəsinə yaxınlaşaraq onun ölkə sərhədlərinə daxil olmasına imkan verməyib.

Rusiya Müdafiə Nazirliyi ABŞ-a aid təyyarənin Rusiya hava sərhədini pozmadan geri qaytarıldığını və bunun beynəlxalq hüquqa uyğun olaraq atıldığını açıqlayıb./teleqraf.com/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •