Ali Baş Komandanın verdiyi hər bir qərarı dəstəkləyirik!

Erməni terorristlərinin son günlərdə müzəffər Azərbaycan ordusunun gücü qarşısında döyüş meydanında tab gətirməyərək qorxaq kimi qaçmağı ilə heç cür barışa bilməyən düşmən özünə “ağa” axtarmaqda davam edir.İllərdir düşmənin özü haqqında xarici dövlətlərdə formalaşdırdığı illuziya demək olar ki,məhv olub.Bununla belə həyasızlığından əl cəkməyən düşmən müxtəlif məkirli yollara əl atır.Paşinyan özünü və dövlətini gülünc vəziyyətə qoyaraq döymədiyi qapı qoymayıb.

Demək olar ki, erməni və onlara bənzərlər məsələ ilə bağlı Azərbaycana və birbaşa cənab prezidentə qarşı cəbhə alıblar.Ancaq onlar unudublar ki, İlham Əliyevin yanında xalq dayanıb.Bu Vətən müharibəsində prezident,xalq və ordu birliyindən güclü heç nə ola bilməz.Bugünkü qələbələrimizin arxasında məhz bu birlik,milli ruh və inam durur.Biz haqq savaşındayıq və ədalət bizim tərfimizdədir.Biz öz doğma doğulduğumuz torpağın uğurunda savaşırıq.

Min bir yolla hər bir şərə,böhtana əl atan düşmənin demək olar ki,bütün səyləri boşa çıxıb.Xalq özü nəyin necə olduğunu yaxşı görür.Xainlər heç bir nəticə əldə edə bilməyəcəklər.Mən və mənim kimi yüzlərlə ehtiyatda olan hərbçilər xaricdə və daxildə olan qaraguruhların diqqətinə çatdırmaq istəyirik ki,bütün varlığımızla,cənab Ali Baş Komandanın verdiyi hər bir qərarı dəstəkləyirik.Ali Baş Komandanın əsgərləri kimi,verdiyi hər bir tapşırığı yerinə yetirməyə hazırıq!

Tanrı Azərbaycanımızı qorusun! Qarabağ Azərbaycandır!

Ehtiyatda olan zabit Azər Bayram

Bu xəbəri paylaşın:
  • 42
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    42
    Shares