Koronavirus haqqında doğru bilinən SƏHVLƏR

Çinin Uxan şəhərindən yayılan yeni növ koronavirus bütün dünyanı təhdid etməkdə davam edir.  Azərmedia.az Qadinklubu-na istinadən ölümcül virusla bağlı doğru bilinən yanlışları təqdim edir: Koronavirus yeni peyda olan ən təhlükəli virusdur! (Səhv) Əvvəla bu virus yeni deyil. Koronavirus ilk dəfə 2012-ci ildə İordaniya və Səudiyyə Ərəbistanında meydana gələn, 2003-cü il SARS (Şiddətli Kəskin Tənəffüs Sindromu) və MERS (Orta Şərq Respirator Sindromu) hadisələrindən yaranan virusdur. Koronavirus təhlükəli bir xəstəlikdir ancaq dünyada ən təhlükəli xəstəlik olduğunu deyə bilmərik. Koronavirusa tutulanlar həyatlarını itirəcəklər! (Səhv) Hər koronavirus xəstəsi ölmür. Bu nisbət gözlənildiyi qədər yüksək deyil.…

Read More

Ticarət mərkəzləri üçün yeni qaydalar: İnsanlar bir-birindən 1 metr məsafədə olmalıdır

“İctimai nəqliyyatda dezinfeksiya olunur. Amma qısa müddətdə ictimai nəqliyyatla bağlı təlimatlar işlənəcək”. Azərmedia.az -ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib. İ. Məmmədov deyib ki, bu təlimatlar yaxın günlərdə qəbul ediləcək: “Bu təlimatlar ticarət mərkəzlərini də əhatə edəcək. Məsələn, böyük ticarət mərkəzlərində satıcılar maska və əlcəkdə olmalı, insanlar bir-birindən 1 metr məsafədə olmalıdır”.   /Cebhe.info/

Read More

Koronavirusla bağlı dünyanın gözlədiyi ŞAD XƏBƏR GƏLDİ: 3 həftəyə…

İranın yeni tip koronavirusa qarşı ərsəyə gətirdiyi dərmanlar müsbət effekt verib. Azərmedia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibiKiyanuş Cihanpur məlumat yayıb. O bildirib ki, dərmanlar virusa yoluxan şəxslərin müalicəsində işə yarayıb. “Actemra” adlı dərman 24 saat ərzində təsirini göstərdi. Lakin immun sistemini qüvvətləndirən bu dərman haqqında dəqiq nəsə demək çətindir. Mütəxəssislər analizlərini davam etdirir. Müsbət nəticələrdən sonra dərman bazara çıxarılacaq”. Tamamilə yerli imkanlar sayəsində ərsəyə gətirilən dərmanın bazara çıxarılması 3 həftə çəkə bilər. Qeyd edək ki, İranda 354 nəfər koronavirusdan dünyasını dəyişib. 9 min nəfərə koronavirus diaqnozu…

Read More

Baş nazirdən dollarla bağlı əhaliyə müraciət

Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlıq artıb. Azərmedia.az bildirir ki, bunu Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə Baş nazir Əli Əsədov deyib. Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş nazir deyib: “Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş…

Read More

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda ötən gün ərzində 63 nəfər yeni koronavirus nəticəsində dünyasını dəyişib.Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat verib. Nazirliyin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur bildirib ki, İranda ümumilikdə bu virus nəticəsində ölənlərin sayı 354 nəfərə çatıb.Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 9 min nəfərə yüksəldiyini deyib.Cahanpur əlavə edib ki, ötən gün ərzində 958 nəfər bu virusa yoluxub. Bu günə qədər isə bu xəstəlikdən cəmi 2 959 nəfər sağalıb.  /medicina.az/

Read More

Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər nağd valyuta var – Baş bankir

“Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər. Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi, təxminən, 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. AMB sədri əhalini sakit olmağa çağırıb: “Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökümətin, Mərkəzi…

Read More

Teledərslər bu gün başladı: CƏDVƏL açıqlandı – BU KANALDA yayımlanacaq

Bu gündən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Dərslərin ibtidai və yuxarı siniflər üçün həftənin hansı günlərində və saat necədə keçirilməsi barədə isə cədvəl açıqlanmayıb. Bu isə narahatlıq yaradıb: şagirdlər hamısı saat 10:00-dan 16:00-dək televiziyanın qarşısında oturmalı və onlara aid teledərsin nə vaxt və hansı fənndən başladığını izləməlidirlərmi? Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, siniflər üzrə dərs bölgüləri və saatları barədə cədvəl bu gün açıqlanacaq. Qeyd edək ki, ötən gün nazirlik ibtidai siniflər üçün həftənin 4 günü, 5-11-ci sinif şagirdləri üçün…

Read More

Saakaşvili mənə vəd vermişdi, amma… – Putindən şok AÇIQLAMA

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziya məsələlərini güc yoluyla həll etməyəcəyinə dair mənə söz versə də, buna əməl etmədi. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz onunla bu məsələ ilə bağlı prezident olanda çox söhbət etmişik. Mən ondan Cənubi Osetiya və Abxaziya məsələsini güc yoluyla həll etməməyini istədim və o, bunu heç vaxt etməyəcəyi vədini verdi. Bu vədinə əməl etmədi”, – deyə o bildirib. O, Rusiya ilə Gürcüstan arasındakı soyuqlaşmanın günahının Moskvada olmadığını söyləyib. (axar.az)

Read More