Avropa Birliyi Lukaşenkonun inauqurasiya mərasimini TANIMADI

“Avropa Birliyi Aleksandr Lukaşenkonun yeni prezidentlik müddətini və inauqurasiya mərasimini kifayət qədər demokratik legitimliyi olmayan hadisə sayır və buna görə, Brüssel Belarusla münasibətlərinə yenidən baxacaq”.

AzərMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici əlaqələr və siyasi təhlükəsizlik işləri üzrə ali komissarı Jozep Borrel deyib.

“Avropa Birliyi təkrar bildirir ki, 9 avqust prezident seçkiləri nə azad, nə də ədalətli keçirilib”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •