Avropada koronavirusa qarşı peyvəndin istehsal tarixi BƏLLİ OLDU

Avropada koronavirus əleyhinə vaksin istehsalına sentyabr ayında başlanacağı anons edilib.

AzərMedia.az “Libero” nəşrinə istinadla xəbər verir ki, bunu İtaliyanın “Irbm” biotexnologiya kompaniyasının rəhbəri Pyero Di Lorenso deyib.

Britaniyalı və italiyalı mütəxəssislər, əsasən “AstraZeneca” əczaçılıq kompaniyası və Oksford Universitetinin alimləri, həmçinin “Irbm” şirkətinin molekulyar biotexnologiya sahəsinin mütəxəssisləri ChAdOx1 adlı preparat üzərində çalışır.

“Vaksin artıq mindən çox pasiyentin üzərində sınaqdan keçirilib. Hazırda çalışmaların 3-cü mərhələsindəyik və on minlərlə insanın üzərində sınaqlar keçiririk. İşlər yaxşı getsə, sentyabrın sonlarına qədər vaksin böyük həcmlərdə istehsal oluna bilər”, – deyə Di Lorenso qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, preparat ilk növbədə daha çox risk daşıyan insanlara veriləcək. Proqnozlara əsasən, ilk vaksin dozaları 2-3 avroya satışa çıxarılacaq. Avropada preparatın paylanması İtaliya, Niderland, Fransa və Almaniyadan başlayacaq. Buna baxmayaraq, peyvəndləmə sürətlə yayılacaq və il ərzində dünya təhlükəli infeksiyadan xilas olacaq./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •