Azərbaycan Ordusu irəliləyir — Şuşaya 40 km qaldı

“Xilaskar Azərbaycan ordusu Füzuli rayonunun mərkəzini mühasirəyə alıb. Bugün elan olunan kəndlər Füzuli şəhərindən yüksəkdə və ondan şimaldadır. Bircə Məngələnata yüksəkliyi qalıb. Ermənilər sentyabrın 27-də Füzuli şəhərini tərk edib, həmin yüksəklikdə qərar tutmuşdular. Məngələnatanın arxası Qırmızı Bazardır, ordan da Şuşaya 40 km. qalır”.

AzərMedia.az-ın xəbərinə görə, Q.İbadoğlu qeyd edib ki, Azərbaycan Ordusu Tuğ kəndini alandan sonra Azıx mağarasını da götürəcək: “Ondan sonra sizlərin hər birini qədim yaşayış məskəninə ekskursiyaya dəvət edəcəm. Müzəffər ordumuzun sayəsində tezliklə yeni və böyük şad xəbərlər alacagıq. Allah rəşadətli əsgər, qəhrəman zabitlərimizi qorusun, qalibiyyətə aparan yollarını açıq və aydın etsin.

Dualarımızı əsirgəməyək!”    /Demokrat.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •