Azərbaycanda ən aşağı faizlə krediti bu bank verir – ARAŞDIRMA

Rəsmi məlumatlara görə hazırda ölkə əhalisinin ümumi kredit borcu 15 milyard 232 milyon 700 min manatdan çoxdur. Bunun isə təxminən 2 milyard manatı problemli kreditlər portfelindədir ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Ölkə əhalisi, o cümlədən rəsmi şəxslər də kommersiya banklarında kredit faizlərinin həddindən artıq yüksək olduğundan şikayətçidir. Ödənişlərdə yaranan problemin səbəblərindən biri də məhz kredit faizlərinin yüksək olması göstərilir.

AzərMedia.az bildirir ki, cebhe.info ölkə üzrə kommersiya bankların istehlak kreditlərinə tətbiq etdiyi faizləri araşdırıb. Araşdırma nəticəsində məlum oldu ki, banklarda ən az kredit faizi 14, ən yüksəyi isə 30 faizdir. Belə ki, nağd istehsak kreditini “Accsses Bank” 20, AFB Bank 14-17, Azərbaycan Beynəlxalq Bankı 23-26, Azərbaycan Sənaye Bankı (ASB) 18-20, Azər-Türk Bank 19-27, Bank Avrasiya 25, Bank of Baku 23-29, BTB Bank 20-28, Bank Respublika 18, VTB Bank 24, Expressbank 19, Xalq Bank 22-28, Kapital Bank 19, Yelo Bank 16.9 , Rabitəbank 22, Turanbank 20, UniBank 18-30, Yapı Kredi Bank isə 24 faizlə təklif edir.

Qeyd edək ki, bu faizlərə kredit götürülən zaman borcalanda tutulan komissiya və digər bank xərcləri şamil edilməyib. Bunun müqabilində banklar isə əhalidən götürdüyü əmanətləri manat hesabında 10-faizə, dollar hesabında isə 2.5 faizlə qəbul edir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts