Azərbaycanda aliment ödəməyən 2011 nəfər həbs edildi

2019-cu il ərzində yerli icra qurumlarının icraatında alimentin tutulması ilə bağlı 92.350 icra sənədi olub.

AzərMedia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd edilib ki, bu dövrdə aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 2.011 şəxs inzibati qaydada həbs edilib. 

2019-cu il ərzində aliment borcu ilə əlaqədar yeri məlum olmayan 3.509 şəxs axtarışda olub. 2019-cu ilin sonuna isə icraatda 80.673 aliment işi qalıb. 

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •