Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 318 yeni yoluxma

Azərbaycanda koronavirus infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

Bildirilib ki, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 5548 nəfər təşkil edir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •