Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur, testlər pulsuzdur – RƏSMİ

Pandemiya başlayan ilk gündən bu zamana kimi dövlət tərəfindən aparılan teslərin hamısı pulsuz həyata keçirilib.

Azərmedia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Özəl müəssisələrdə COVID-19 test qiymətlərinə gəldikdə isə o qeyd edib:

“Bu müəssisələrin apardığı testlərin qiymətlərinə biz müdaxilə edə bilmərik. Qiymətlərin müəyyənləşdirilməsi onların daxili işidir”.

Dövlət poliklinikaların işinə toxunan Y.Qarayeva bildirib ki, onların  idarə olunması Səhiyyə Nazirliyinin nəzarətədindir.

Poliklinikaların iş prinsipindən danışan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov isə bildirib ki, koronavirusa yoluxmuş xəstədən test götürülür, 2 həftədən sonra əgər xəstədə heç bir problem yoxdursa, sağalıbsa, ona işə çıxması üçün poliklinika tərəfindən icazə verilir. Burada xəstənin tam sağlam olması göstərilir”.

TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva isə deyib ki, Azərbaycanda koronavirusla bağlı kadr çatışmazlığı yoxdur.

O bildirib ki, Azərbaycana həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə baş tutub: “Demək olar ki, hər ölkənin virusla mübarizədə fərqli metodları var, bütün ölkələr kimi, biz də o metodları öyrənirik. Gələcək planlara gəldikdə isə biz yenə də dünya təcrübələrini öyrənməyə davm edəcəyik. Gələcək proqnozlarla bağlı hələlik nəsə demək çox çətindir. Bu virus dünya üçün ilkdir və fərqli formada özünü göstərir”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •