Azərbaycanın gücünü bildiyimiz halda… – Erməni deputat

Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları yenidən parlamentin rəhbərliyinə növbədənkənar iclas keçirilməsi və hərbi vəziyyət rejiminin ləğvi üçün müraciət edəcəklər.

Azəmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çiçəklənən Ermənistan Partiyasının rəsmi nümayəndəsi Şake İsayan deyib. Onun sözlərinə görə, müxalifətin gündəmindəki baş nazirinin istefası məsələsi dəyişməz olaraq qalır.

Jurnalistlərə açıqlama verən partiyanın digər deputatı Mikael Melkumyan isə indiyə qədər baş verənlərin müharibəni vaxtından əvvəl dayandırmağın mümkün olduğunu sübut etdiyini bildirib:

“Düşmənin bütün hərbi-texniki gücünü bildiyimiz halda savaşın dayandırılması üçün kifayət qədər əmək sərf etmədik. Bu halda bizim hərbçilər arasında bu qədər böyük itkimiz olmayacaqdı”.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •