Azərbaycanlılarla birgə yaşaya bilmərik – Erməni deputat

Qarabağla bağlı danışıqlar mərhələsi cavablardan çox suallar yaradır.

Bunu parlamentdə çıxışı zamanı Çiçəklənən Ermənistan fraksiyasının katibi Arman Abovyan deyib.

“Mən anlayıram ki, sükut etikası mövcuddur. Hazırkı mərhələdə hələ də bilmədiyimiz şeyi analiz etməyə cəhd etmirəm, amma aktiv şəkildə bəhs edilən vacib epizodu qeyd etmək istəyirəm. Mən Avropa mətbuatında oxumuşam ki, gələcəkdə birgə yaşayış layihəsi ilə bağlı müəyyən vəziyyət təklif oluna bilər. Qarabağda ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış zonasının yaradılması yaxşı heç nəyə gətirib çıxarmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Vitali Balasanyan Mnatsakanyanla Məmmədyarovun ermənilərlə azərbaycanlılar arasında birgə yaşayış zonalarının yaradılmasını müzakirə etdiyi barədə məlumat yaymışdı. (axar.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Related posts