Bərdədə 26 nəfər ölüb – Baş Prokurorluq

Erməni silahlı birləşmələri tərəfindən 27-28 oktyabrda Bərdədə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan zərbə endirilməsi nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.


AzərMedia.az
 Baş Prokurorluğun rəsmi məlumatlarına istinadən xəbər verir ki, oktyabrın 27-də 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb. Bu gün isə həmin yaralılardan daha 1 nəfər müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Oktyabrın 28-də günorta saatlarında Bərdənin yenidən vurulması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •