Bağlanmış banklarda əmanəti olanlarla bağlı Fonddan AÇIQLAMA

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarları ilə ləğv prosesində olan “Amrahbank” ASC, “NBC Bank” ASC, “Atabank” ASC və “AG Bank” ASC-yə qarşı kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.

Əmanətlərin Sığortalanması Fondundan bildirdilər ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı və ünvanı; 
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 
– tələbin təminatı olan irov (ipoteka) və ya qarantiya barəsində məlumat. /oxu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •