Bu xəstəlik koronavirusdan ölüm riskini 12 dəfə artırır

Koronavirusa yoluxmuş və şəkərli diabetdən əziyyət çəkən insanlarda virusa görə ağırlaşma halları digər pasinetlərlə müqayisədə 6 dəfə çox olur.

AzərMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, diabetli xəstələr COVID-19-dan 12 dəfə çox ölür.

Araşdırmanı ABŞ-ın Kaliforniya Universitetinin alimləri aparıblar. Koronavirus ağır keçirən xəstələr arasında şəkərli diabetdən əziyyət çəkənlər 2-ci pillədə qərarlaşıb. İlk yeri ürək-damar xəstəlikləri tutur.

Kaliforniya Universitetinin professoru Prakaş Didvani şəkərli diabet xəstələrinin immun sisteminin çox zəiflədiyini və tez-tez qanda şəkərin miqdarını yoxlamalı olduqlarını xatırladıb. O, diabetli xəstələrin aktiv həyat tərzi sürmələrini və yaxşı yatmalarını da məsləhər görüb./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •