“Panikaya düşüb, əlinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin” – İqtisadçı-ekspert

“Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin. Heç bir təşvişə ehtiyac yoxdur”.Bu sözləri tanınmış iqtisadçı ekspert Pərviz Heydərov deyib.O bildirib ki, neftin dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına geniş mənada təsir etməyəcək: “2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfer təşkil edir. Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. Yəni, hər il olduğu kimi. Və beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq. Maaş və pensiyaların ödənilməsində heç bir çətinlik, problem və…

Read More

Milli Məclisə yeni sədr seçildi

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir. İclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib. Sonra səsvermə oldu və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib. (publika.az)

Read More

Ərdoğan bu videoya baxıb göz yaşlarını saxlaya bilmədi – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı tədbirdə kövrəlib. BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Haliç Konqres Mərkəzində təşkil edilən “Türkiyənin Qəhrəman Qadınları Programı”nda 7 şəhid anasının çıxışı təqdim olunub. Şəhid analarının sözləri zalda olan hər kəsi kövrəldib. Ərdoğanın göz yaşlarını saxlaya bilmədiyi kadrlarda əks olunub. Şəhid analarının hər kəsi kövrəldən videosunu təqdim edirik: /baku.ws/

Read More

Məktəblərdə tətilin 1 mayadək uzadılması xəbəri yalandır – Nazirlik

“Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında yayıldığı iddia edilən guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil”. Azərmedia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir: “Hazırda Təhsil Naziriyinin saytına girişdə müvəqqəti problem var. Yaxın dəqiqələrdə problem aradan qaldırılacaq”. Cəsarət Valehov mediadan rəsmi xəbərlərə istinad etməyi xahiş edib.

Read More

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsi vasitəsilə qadınları təbrik edib. Paylaşımda deyilir: “Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun! Tanrı sizi və doğmalarınızı qorusun!”

Read More

Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisdə termovizor quraşdırılıb

“Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin girişində daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb”. Azərmedia.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, Milli Məclisə daxil olan şəxslər termovizor qurğusu vasitəsi ilə hərarəti yoxlanılır. Deputatların da müvafiq qaydada yoxlanışdan keçəcəyini vurğulayan A. Təvəkküloğlu indiyə qədər Milli Məclisə gələn şəxslər arasında yüksək temperaturu olan şübhəli şəxsin aşkarlanmadığını da söyləyib. O qeyd edib ki, eyni zamanda Milli Məclisdə mütəmadi dezinfeksiya işləri də aparılır.

Read More

Azərbaycanda dərslərin dayandırılması müddəti uzadıldı – RƏSMİ QƏRAR

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. (azxeber.com)

Read More

Sabah hava necə keçəcək? – HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında martın 8-də hava əasən yağmursuz keçəcək.…

Read More

“Nə qədər ki, prezidentəm, var gücümlə çalışacağam ki…” – İlham Əliyev

“Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm, – bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, – bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdə deyib:“Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam…

Read More

Azərbaycanda bu universitetin yataqxanasında qalan qızlar bir ay pul ödəməyəcək

Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan qızlar bir aylıq kirayə ödənişindən azad olunub. Bu barədə ADU-nun Tələbə Həmkarlar İttifaqının sədri Şahin Sərdarlı məlumat paylaşıb. O qeyd edib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunurlar. (oxu.az)

Read More