Azərbaycanda bu dərmanın istifadəsinə qadağa qoyuldu

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Qaynar xətti”nə vətəndaş tərəfindən depo apteklərində satılan “Azarga” adlanan göz damcısından şikayət daxil olub. Mərkəzdən verilən məlumata görə, şikayət əsasında əczaçılıq subyektləri ilə iş şöbəsinin əməkdaşları həmin apteklərdə satılan bu göz damcılarını müvafiq laboratoriya analizlərinin aparılması üçün mərkəzin dərmanların keyfiyyətinə nəzarət laboratoriyasına təqdim ediblər. Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının apardığı müvafiq analizlərin nəticəsində təqdim edilən nümunənin dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmasının təsdiqlənməmiş olması, nümunənin tərkibində qablaşmasının üzərində istehsalçı tərəfindən mövcudluğu haqqında məlumat verilib, “Brinzolamid” və “Timolol maleate” adlı fəal təsiredici maddələrin aşkar edilməməsi, həmçinin…

Read More

“Öz qohumlarını vəzifələrə yerləşdirmək…” – İlham Əliyevdən deputatlara xəbərdarlıq

“Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır”. Azərmedia.az xəbər verir ki, bunu president İlham Əliyev yeni Milli Məclisin bu gün keçirilən iclasında deyib. Prezident bildirib ki, əvvəllər belə hallar kifayət qədər çox olub: “Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm.…

Read More

Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfər sağalıb

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Azərmedia.az bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan BAKU.WS-ə verilən məlumata görə, hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bildirilib ki, əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar. Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi…

Read More

Baş nazir yanında təcili toplantı: “Sabitləşdirici tədbirlər həyata keçiriləcək”

Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Azərmedia.az bildirir ki,  müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər. Qeyd olunub ki, dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft…

Read More

Azərbaycanda bu tələbələrə təqaüd verilməsi DAYANDIRILACAQ – VİDEO

Kəsiri olan və üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrə təqaüdün verilməsi dayandırılacaq. Bundan əlavə bakalavriat və magistratura təhsilinin məzmunu, eləcə də təşkili səlahiyyətləri də Təhsil Nazirliyindən alınaraq Nazirlər Kabinetinə verilib. Azərmedia.az xəbər verir ki, Baş nazir təhsillə bağlı yeni qərar imzalayıb. Dövlət ali və orta ixtisas təhsil müəssisələri eləcə də AMEA-nın da magistratura səviyyəsində təhsil alan tələbələr imtahandan kəsildikləri andan onlara təqaüdün verilməsi dayandırılacaq. Öncəki qaydalara əsasən həmin tələbələr yeni semestr başlayana qədər imatahanı yenidən verib keçə bilirdilərsə onda təqaüd almağa davam edirdilər. Ancaq indi onlar bu hüquqdan istifadə edə bilməyəcəklər.…

Read More

Nazirlər Kabinetindən tibbi maskalarla bağlı YENİ QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar imzalayıb. Qərara əsasən, koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad olunub. Bu qərar əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə…

Read More

Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu

Koronavirus təhlükəsi Azərbaycanda daha bir kütləvi tədbirin ləğv edilməsinə səbəb olub. Bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək. Belə ki, hər il dövlət qurumlarında, idarə və təşkilatlarda çalışan şəxslərin övladları üçün bayram şənliyi biletləri verilirdi. Bu il isə həmin biletlər hədiyyələrlə əvəzlənib. Orada çalışan işçilərə uşaqlarına aparmaları üçün hədiyyələr təqdim olunur. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert…

Read More

Azərbaycanda məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı – RƏSMİ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb. Bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”. Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. (publika.az)

Read More

Koronavirusla bağlı şayiə yayanlar CƏZALANDIRILACAQ – Baş Prokurorluq

Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla “sozcu.az” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozuduğu müəyyən edilib. Portal ictimaiyətdə “COVID- 19” koronavirusu barədə təşvişə səbəb olan məlumatlar yayıb. Ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə epidemiyanın respublika ərazisində geniş miqyasda yayılması, xəstəliyə yoluxmuş şəxslərin müalicə müəssisələrində vəfat etmələri barədə qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, yalan məlumatların dərc edilməsi, süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müəyyən edilib. Qeyd edilənlərlə əlaqədar portalın təsisçisi Məmmədov Elşən Əli oğlu…

Read More

İlham Əliyev Ağstafada açılış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gedib. Dövlət başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Read More