İki erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu – VİDEO

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.  AzərMedia.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan final görüşündə macarıstanlı Zotlan Levayı məğlub edib. O, 3:1 hesabı ilə qalib gəlib. Süleymanov həlledici qarşılaşmayadək erməni əsilli Bolqarıstan təmsilçisi Aik Mnatsakanyandan, italiyalı Matteo Maffetsolidən, yunanıstanlı Georgios Prevolarakisdən və ermənistanlı Karapet Çalyandan üstün olub. Qeyd edək ki, Sənan Süleymanovdan öncə Eldəniz Əzizli də fəxri kürsüyə yüksəlib. 55 kq çəkidə yarışan Avropa və dünya çempionumuz bürünc medala sahib olub. O, üçüncü yer uğurda görüşdə italiyalı Covanni Frenini…

Read More

Prezidentdən tapşırıq: “Elə planlaşdırın ki, yarışlar bir-birinə maneçilik törətməsin”

“O ki qaldı, gələcək fəaliyyətimizə, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcək. Bu baxımdan bu il əlamətdar il olub”. Bunu dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev deyib. Prezident bildirib ki, bir neçə dünya, Avropa çempionatı keçirilib, gimnastika üzrə, digər idman növləri üzrə, o cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilib: “Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəliblər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstəriblər, komanda hesabında 4-cü yerə layiq görülüblər. Bu il Bakıda…

Read More

UFC-nin yüngül çəkidə çemрionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla amerikalı ciu-citsu ustası Toni Ferqyuson arasında döyüş 2020-ci il aрrelin 18-də ABŞ-ın Nyu Nork şəhərində keçiriləcək. AzərMedia.Az xəbər verir ki, bu barədə Həbibin meneceri Əli Əbdüləziz “Twitter” səhifəsində bildirib. “Çemрion Toni Ferqyusonla döyüş haqda müqaviləyə imza atdı. Qartal aрelin 18-də Bruklinə enəcək. Bu, fanatlar üçündür”, – menecer sosial şəbəkədə belə yazıb. Qeyd edək ki, Həbib Nurməhəmmədov və Toni Feryuson UFC-nin yüngül çəkidə reytinqinə başçılıq edirlər. Həbib çemрionluğa məhz Tonidən sonra yiyələnib. /oxu.az/  Ali Abdelaziz✔@AliAbdelaziz00 Here we go. The champ signed his bout agreement against…

Read More

Rusiya millisi Olimpiya Oyunlarından xaric edilə bilər

Ümumdünya Antidopinq Agentliyinin müvafiq komitəsi Rusiyanı dörd il müddətinə Olimpiya Oyunlarından xaric etməyi tövsiyə edib. “The New York Times” xəbər verir ki, əgər İcraiyyə komitəsi bu qərarı qəbul edərsə, Rusiya millisi Tokio-2020-də iştirak edə bilməyəcək.    Belə olan halda Rusiya idmançıları Olimpiadada yalnız neytral bayraq altında cıxış edə bilərlər. Hazırda Ümumdünya Antidopinq Agentliyi Rusiyanın laboratoriya ilə bağlı izahatlarına baxır. Son qərar İcraiyyə Komitəsinin dekabrın 9-da keçiriləcək iclasında açıqlanacaq./oxu.az/

Read More

Avro-2020-nin seçmə mərhələsinə yekun vuruldu – Finala çıxan millilərin SİYAHISI

Ötən gecə Avro-2020-nin seçmə mərhələsinə yekun vurulub. AzərMedia.az xəbər verir ki, E qrupunda yer alan Azərbaycan millisi son oyunu səfərdə Slovakiyaya qarşı keçirib və 0:2 hesabı ilə uduzub. E qrupundakı digər matçında isə Uels öz meydanında Macarıstanla qarşılaşıb və 2:0 hesabı ilə qalib gələrək Avro-2020-nin final mərhələsinə yüksəlib. Qalan 19 vəsiqəni Xorvatiya, İngiltərə, Çexiya, Ukrayna, Portuqaliya, Almaniya, Hollandiya, İsveçrə, Danimarka, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya qazanıb./modern.az/ 19 noyabr C qrupu Niderland – Estoniya – 5:0Almaniya – Şimali İrlandiya – 6:1 1. Almaniya 8 7 0 1…

Read More

Azərbaycanlı tərcüməçinin sualı dünya mətbuatında: “Beyl kimdir?”

AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycan – Uels oyunu öncəsi qonaq komandanın mətbuat konfransı zamanı yaşanan biabırçılıq Britaniya mətbuatında da işıqlandırılıb.Dünyaca məşhur “The Sun” nəşri də sözügedən hadisədən yazıb. “Rayan Giqqzə qəribə şəkildə verilən “Qaret Beyl kimdir” sualından sonra Uels Futbol Assosiasiyası mətbuat konfransı üçün yeni tərcüməçi tələb etdi” başlıqlı xəbərdə deyilir: “Bu sualdan sonra Giqqzin mətbuat konfransı korlandı. Yerli federasiya tərəfindən təyin olunan təcrübəsiz və az məlumatlı xanım tərcüməçi Beyli tanımadığı üçün tədbirdən kənarlaşdırıldı. Bundan başqa, tərcüməçinin Giqqzin səsləndirdiyi fikirləri yenidən onunla müzakirə etməsi də baş məşqçini məyus etdi”.“Besoccer.com” saytında gedən…

Read More

Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI

Avro-2020-yə vəsiqəni təmin edən Türkiyə milli komandasının heyətində dəyişiklik edilib. AzərMedia.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Şenol Günəş seçmə mərhələnin sonuncu turunda Andorra ilə görüşdən əvvəl 9 futbolçunu heyətdən çıxarıb. Bunlar Əmrə Bəlözoğlu, Burak Yılmaz, Cengiz Ündər, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mərt Günokdur. Əvəzində yığmaya Əhməd Qutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldür dəvət olunub. Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Andorra – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Read More

“Qarabağ”ın bu oyununda azarkeş olmayacaq – KLUBDAN QƏRAR

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində Kiprə səfərə gedəcək “Qarabağ” komandası APOEL-ə qarşı keçirəcəyi matçına azarkeşsiz çıxacaq. AzərMedia.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisinin rəhbərliyi öz azarkeşlərinə oyuna baxmağa gəlməməyi tövsiyə edib. Məqsəd mümkün gərginlik riskindən qaçmaqdır. Qeyd edək ki, matç noyabrın 7-də, Nikosiyadakı “GSP Arena”da keçiriləcək. Tarixi qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda “Qarabağ” A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.  /Publika.az/

Read More

Azərbaycan şahmat yığması Ermənistana QALİB GƏLDİ – 27 ildən sonra İLK

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub. Qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb. Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə…

Read More