Avtomobillərin qiymətində 3-8 min manat ucuzlaşma var

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi sahələrin fəaliyyəti bərpa olunub. Bunlar arasında avtomobil satışı da yer tutur.  Lakin məlum olduğu kimi, mövcud vəziyyətlə əlaqədar hələ də bazarda müəyyən durğunluq hökm sürür. Bu isə öz növbəsində avtomobillərin qiymətinə ciddi şəkildə təsir edir. Hətta elə bir vəziyyət yaranıb ki, avtosalonlar bəzi köhnə maşınların kreditlə satışına başlayıblar. Maraqlıdır, koronavirus dövründə Azərbaycanda avtomobil satışında nə qədər geriləmə olub? Azərmedia.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtomobil bazarında ciddi durğunluq müşahidə olunmaqdadır. Bunun başlıca…

Read More

Ünvanlı sosial yardım almaq istəyənlərə şad xəbər – şərtlər asanlaşdırılır

Ünvanlı sosial yardımların verilməsi şərtləri asanlaşdırılır. Artıq bu yardımlarının verilməsi üçün bəzi məlumatların vətəndaş tərəfindən müvafiq orqanlara təqdim edilməsinə ehtiyac olmayacaq. AzərMedia.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib ki, hazırda yardım alan ailənin gəlirində dəyişiklik olduqda vətəndaş 5 gün müddətində bu barədə məlumat verməlidir. O bildirib ki, “Ünvanlı dövlət sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliyin qəbulundan sonra artıq dövlət orqanlarının elektron sistemlərindəki bütün məlumatlar Nazirlik tərəfindən əldə ediləcək. Buna görə də vətəndaşın bu barədə məlumat verməsinə ehtiyac olmayacaq: “Vətəndaşdan…

Read More

Banklardakı manat əmanətləri ilə bağlı YENİ QƏRAR -1 iyun tarixindən etibarən

1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edilib. AzərMedia.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən Mərkəzi Bank ilə razılaşdırmaqla qərar qəbul edib. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Xatırladaq ki, sonuncu dəfə 1 iyul…

Read More

Azərbaycanda ən aşağı faizlə krediti bu bank verir – ARAŞDIRMA

Rəsmi məlumatlara görə hazırda ölkə əhalisinin ümumi kredit borcu 15 milyard 232 milyon 700 min manatdan çoxdur. Bunun isə təxminən 2 milyard manatı problemli kreditlər portfelindədir ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Ölkə əhalisi, o cümlədən rəsmi şəxslər də kommersiya banklarında kredit faizlərinin həddindən artıq yüksək olduğundan şikayətçidir. Ödənişlərdə yaranan problemin səbəblərindən biri də məhz kredit faizlərinin yüksək olması göstərilir. AzərMedia.az bildirir ki, cebhe.info ölkə üzrə kommersiya bankların istehlak kreditlərinə tətbiq etdiyi faizləri araşdırıb. Araşdırma nəticəsində məlum oldu ki, banklarda ən az kredit faizi 14, ən yüksəyi isə 30…

Read More

Koronavirusa görə dövlət bu şəxslərə pul verir — Adınızı bu linkdən tapa bilərsiniz

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. AzərMedia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 04 may tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 25.633 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 92.553 fərdi (mikro) sahibkar, cəmi 118.186 vergi ödəyicisi müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 191.306 işçini əhatə edən 21.472 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq…

Read More

Sosial sığorta haqları bu cür hesablanacaq – VİDEO

Hazırda muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlər üzrə məcburi dövlət sosial sığorta haqqı fəaliyyət istiqamətinə görə müəyyən edilir. Qüvvədə olan qanunvericiliyə görə, sığorta olunanlardan tikinti və ticarət sahələrində minimum aylıq əməkhaqqının 50, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. Baku.Tv-nin bu mövzuya həsr olunmuş süjetini təqdim edirik:

Read More

ƏDV-nin qaytarılması necə həyata keçiriləcək? – İZAH

Dünyanın bir çox ölkələrində vətəndaşların müxtəlif ödənişlər zamanı ödədiyi Əlavə Dəyər Vergisinin (ƏDV) onlara geri qaytarılması mexanizmi tətbiq edilir. Azərmedia.az xəbər verir ki, Azərbaycanda da bir neçə ilə bundan öncədən başlayaraq bu mexanizmin tətbiq edilməsi istiqamətində təşəbbüslər irəli sürülürdü. Belə ki, 2018-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan ƏDV-nin istehlakçılara geri ödənilməsi ilə bağlı maddələr öz əksini tapmışdı. Lakin həmin yeniliyin həyata keçirilməsi üçün hazırlıq işləri aparılmalı, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi və müvəkkil bankın təyin edilməsi lazım idi.Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiq edilmədiyi təqdirdə…

Read More

600 min şəxs üçün nə qədər pul ayrılıb? – Nazir

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib. Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Sahil Babayev may ayı üzrə ödənişlə bağlı da vətəndaşlar üçün bank kartlarının artıq sifariş verildiyini deyib: “Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər. Ümumilikdə 600 min…

Read More

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 5,43 ABŞ dolları, yaxud 22,52% artıb. AzərMedia.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 29,54 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.  /Yenicag.az/

Read More