Azərbaycanda polisə müqavimət göstərən şəxs GÜLLƏLƏNDİ

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub. Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilmiş və saxlanılaraq istintaqa cəlb…

Read More

Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib özünü vurdu – Azərbaycanda DƏHŞƏT

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Məlumata görə, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş. (baku.ws)

Read More

Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi

Bakıda polis əməkdaşı qətlə yetirib. AzərMedia.az- ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb./turkustan.info/

Read More

Diaspor sədri: Moskvada 20-yə yaxın erməni üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb.  AzərMedia.az xəbər verir ki, bu barədə APA-ya paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib. Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib. Milli Mədəni Muxtariyyətin idman komitəsinin sədri Raqib Bayramovun APA-ya verdiyi məlumata görə, baş verən hadisə Azərbaycan diasporunun nəzarətindədir. O, hazırda hadisə yerində olduğunu, polislərin məsələ ilə bağlı araşdırma apardığını söyləyib.

Read More

Bakıda ölən şəxsi “soydular” – 3 saylı klinik xəstəxanada biabırçılıq

Bakıda 3 saylı şəhər klinik xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib. AzərMedia.az-ın məlumatına görə, şəkəri qalxdığı üçün dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin cibindən 560 manat pul götürülüb.Mərhum ailəsi polisə şikayət edib.Faktla bağlı araşdırma aparılır.  /BakuPost/

Read More

Bakıda oğlan sevdiyi qıza niyə 7 bıçaq zərbəsi vurdu? – ŞOK CİNAYƏT – VİDEO

Bakıda sevgisinə qarşılıq ala bilmədiyi üçün sevdiyi qızı bıçaqlayan gəncin cinayətinin detalları məlum olub.  Azərmedia.az xəbər verir ki, “Space TV”nin xəbərlər buraxılışında yayımlanan materialda hadisə yerindən görüntülər təqdim olunub. Bildirilir ki, cinayət fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib. Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən…

Read More

Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı

Rusiyanın Kalininqrad şəhərində ötən gün baş verən silahlı insidentin detalları məlum olub. AzərMedia.az Rusiuya KİV-nə istinadən xəbər verir ki, 63 yaşlı azərbaycanlı Fazil Bəhramov sahibkarlıqla məşğul olan Darya Yefimova və həyat yoldaşı Vadim Yanqlonekonu güllələyərək öldürüb. Silahlı insident zamanı yaxınlıqda olan cütlüyün 13 yaşlı oğlu isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Fazil Bəhramov isə cinayəti törətdiyi tüfənglə hadisə yerindəcə özünü öldürüb. Mübahisə bazardakı ticarət pavilyonlarına görə olub. Darya Yefimova və Vadim Yanqolenko bazarda meyvə-tərəvəz obyektlərinə sahib olub, Fazil Bəhramov isə orada alma satışı həyata keçirib. Öldürülən Darya Yefimovanın hamilə olduğu açıqlanıb./modern.az/

Read More

Bakı polisi əməliyyat keçirdi: Saxlanılanlar var

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Əməliyyat zamanı əvvələr Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə məhkum olunan 1996-cı il təvəllüdlü Ə.E-nin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkar olunaraq götürülüb. Bundan əlavə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti (PPX) rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli…

Read More

Seçkiləri saxtalaşdıranları nə gözləyir? – Həbs, cərimə…

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı atılan addımlar 4 dairədə nəticələrin ləğvi ilə məhdudlaşmaya bilər.AzərMedia.az xəbər verir ki, Mərkəzi Seçki Komissyası (MSK) digər dairələrlə də bağlı şikayətləri ciddi araşdırır. Ehtimal olunur ki, daha bir neçə dairədə nəticələr ləğv ediləcək. Bundan başqa, səsvermə prosesi zamanı qanun pozuntularına, saxtakarlığa yol verənlərin də cəzalandırılması gündəmə gəlib. Təsadüfi deyil ki, MSK sədri Məzahir Pənahov seçki məntəqələrdə saxtakarlıq faktlarını qeydə alan jurnalistlərə, bloggerlərə təşəkkür edib. Bu faktlar saxtakarlığa yol verənlərin cəzalandırılması üçün əsas sübutlardır. Azərbaycanın Cinayət Məcəlləsində seçki cinayətləri ilə bağlı 3…

Read More