Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək. Bu barədə hazırda Dənizlidə təhsil alan, Pamukkale Universitetinin Egitim fakültəsinin Rəhbərlik və psixoloji danışmanlıq bölümünün birinci kurs tələbəsi Şəmsiyə İsmayıllı məlumat verib.Onun sözlərinə görə, silsilə tədbirlərə Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyində keçiriləcək anım mərasimi ilə start veriləcək: “Fevralın 24-də liseydə keçiriləcək anım mərasimində bu təhsil ocağının tarix müəllimi, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dənizlililərə çatdırılması istiqamətində uzun illərdir fəaliyyət göstərən Sədat Sərdaroğlunın, Dənizlinin dəyərli ziyalılarından Hasan Kallimçinin, İslam Günəşin, həmçinin mənim çıxışım nəzərdə tutulub”.Şəmsiyə İsmayıllı deyib ki, tədbirlərə məhz…

Read More

Baş Nazirdən yeni QƏRAR

Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb. AzərMedia.az  xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü” təsdiq edilib. Eyni zamanda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin işçilərinin say həddi 215 ştat vahidi, o cümlədən regional…

Read More

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq.Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.

Read More

Bir şillə ilə dünyamız dağılmaz, bəlkə də xilas olar…

Gələcəkdə polis bölməsinin, narkoloji dispanserin qarşısında gözləməmək üçün fikirləşin Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən. Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab…

Read More

Eldar Həsənov: “Milli azadlıq yolunda şəhid olanların xatirəsi əbədi yaşayacaq”

Yanvarın 20-də Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirib. AzərMedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada fəaliyyət göstərən, ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, səfirliyin əməkdaşları, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Səfir Eldar Həsənov çıxış edərək 20…

Read More

Azərbaycanla bağlı mühüm TARİXİ FAKT – Vilayət Quliyev açıqladı/FOTO

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ilginc bir faktı açıqlayıb. AzərMedia.az xəbər verir ki, diplomat öz Feysbuk hesabında AXC ilə bağlı bir sənədin görüntüsünü paylaşıb. Vilayət Quliyev sözügedən sənədlə bağlı bunları yazıb: “Cümhuriyyətlə bağlı daha bir şərəfli tarixin – Azərbaycanın müstəqilliyinin de fakto tanınmasının 100 illiyi ərəfəsində tarixçilərimizi zəruri bir düzəliş aparmağa çağırıram. Bilmirəm, kiminsə “əlinin yüngüllüyü” sayəsində Paris Sülh konfransının Ali Şurası tərəfindən Cümhuriyyətin müstəqilliyinin de fakto tanınması günü kimi hər yerdə 11 yanvar 1920-ci il tarixi göstərilir. Əlimərdan bəy Topçubaşovun Paris arxivində saxlanan bu sənəd…

Read More

On mindən artıq hərbi qulluqçu övladı bayram şənliklərində

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib. Müdaifə Nazirliyindən verilən məlumata görə, məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə on mindən artıq övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib Bayram mərasimlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Read More

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu hazırlanıb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə əsasında “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloq hazırlanıb. Kataloq-təqvim üç dildə – Azərbaycan, rus, ingilis dillərində tərtib edilib. Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir. Layihə “Mədəniyyət” qəzetinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Setline” MMC tərəfindən həyata keçirilib. Elektron kataloqda Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin doğum və vəfat tarixi, fəaliyyəti, müxtəlif dövrlərdə mədəniyyət sahəsində baş vermiş hadisələr, eləcə də ölkəmizdə tarixi və əlamətdar günlər, mədəniyyətlə bağlı milli və beynəlxalq peşə bayramları, digər mühüm faktlar barədə yığcam…

Read More