Koronavirus bir insana İKİNCİ DƏFƏ yoluxurmu? – Mütəxəssislər SON NÖQTƏNİ QOYDU

Koronavirusun bir insana ikinci dəfə yoluxması mümkünsüzdür. AzərMedia.az xəbər verir ki, bunu Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) mütəxəssisləri açıqlayıb. Aparılan araşdırmalara əsasən, ikinci dəfə COVİD-19 virusuna yoluxduğu zənn edilən insanlardan götürülən testlər xətalı olub. İnsanların ikinci dəfə yoluxmasına dair verilən açıqlamalar buradan qaynaqlanıb. Araşdırmaçılar 277 koronavirusdan sağalan və ikinci dəfə yoluxduğu zənn edilən 277 xəstə üzərində aparılan analizlər zamanı bu nəticəyə gəlib. “Sky News”un xəbərinə görə, koronavirusdan sağalanlarda ikinci dəfə test nəticəsinin pozitiv çıxması SARS-Cov-2 virusunun ölmüş hissəciklərinin orqanizmdə qalmasından qaynaqlanıb. Araşdırmaçıların fikrincə, ikinci testlər virusun canlı və…

Read More

İranda tibb bacıları koronavirusa belə “meydan oxudu” – VİDEO

Koronavirus səbəbindən onlarla insanın öldüyü İranda xəstəxanalarda çalışan həkimlərin rəqsi dünya mediasının gündəminə çevrilib.AzərMedia.az xəbər verir ki, tibb işçilərinin xəstəxana dəhlizlərində və palatalarda əylənərək rəqs etməsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.Maraqlısı budur ki, görüntülərdə ictimai yerlərdə rəqs etməsi qadağan olunan qadınlar da yer alıb. /Medicina.az/

Read More

Azərbaycanda nazir müavini metrodan istifadə edir – FOTO

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev ictimai nəqliyyatdan istifadə edir. Azərmedia.az-ın oxu.az-a istinadən məlumatına görə, o, həftənin iki günü metrodan istifadəyə üstünlük verir.Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli sərəncamı ilə bu vəzifəyə təyinat alıb.Qeyd edək ki, Azərbaycanda çox az sayda məmur ictimai nəqliyyat vasitəsindən istifadə edir.

Read More

Fevral niyə qısa ay kimi təqvimə düşüb? – MARAQLI

Digər aylardan fərqlənən fevral ayının son gününü yaşayırıq. Bəzi insanlar var ki, fevralın 29-u dünyaya gəlir, ancaq hər il doğum gününü qeyd etmə şansı olmur. Belə olan hal onlarda psixoloji gərginliklə nəticələnir. Maraqlıdır, bəs fevralın 29 gün olması nə ilə əlaqədardır? Məsələ ilə bağlı tanınmış astroloq, “Qoroskop”qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az-a danışıb: “Fevral ayı 29-na təsadüf edəndə, bu zaman Novruz bayramı martın 20-nə düşür. Əslində hər kəs maraqlanır ki, fevral ayı niyə qısa ay kimi təqvimə düşüb? İlkin çağlarda fevral ayı 30-dan ibarət olub.  Əvvəllər təqvim yaranan zaman, yəni 12…

Read More

Koronavirusa görə dünyada da maskalar bahalaşıb – QİYMƏTLƏR

Koronavirus təhlükəsi dünya miqyasında getdikcə artmaqdadır. Virusdan qorunmaq üçün isə mütəxəssislər müxtəlif vasitələri məsləhət görsə də ilkin olaraq qoruyucu maskaların vacibliyini vurğulayırlar. Azərbaycanda virusa yoluxma halı qeyd olunmasa da demək olar ki, indidən apteklərin əksəriyyətində qoruyucu maska tapmaq problemə çevrilib. Qeyd edək ki, apteklərdə satılan qoruyucu maskaları infeksionistlər 2 saatdan bir dəyişməyin zəruri olduğunu bildirir və adi maskalar əvəzinə daha kneyfiyyətli maskalardan istifadəni tövsiyyə edirlər. 2 saatdan bir maskanın dəyişilməsi isə ölkədə virusun yayılacağı təqdirdə daha çox maskaya ehtiyac yaranacağı anlamına gəlir. Amma hələ indidən biz kifayət qədər keyfiyyətli olmayan…

Read More

Çindəki bazardan dünyaya yayılan virusla bağlı dəhşətli detallar ÜZƏ ÇIXDI – ŞOK FOTOLAR

Çinin Vuhan şəhərində yayılan və 30-a yaxın insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib. Publika.az xəbər verir ki,yeni tip koronavirusKəskin Tənəffüs Yolu Sindromu(SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün “vasitəçi” heyvan lazımdır. “Tibbi Virusologiya” jurnalında yayımlanan araşdırmada yeni virusun qaynağının yarasa ola biləcəyi ehtimalı üzərində dayanılıb. Lakin koronavirusun insana keçməzdən əvvəl mutasiyaya uğraması ehtimal edilir. Araşdırmaçılar bu nöqtədə yeni virusun biri yarasadan yoluxmuş iki koronavirusun birləşməsi ola biləcəyini iddia…

Read More

İcra başçıları nə qədər maaş alır? – MƏBLƏĞ

Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir. Məlumata görə, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir. Həmin sərəncamla Prezidentin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib. Sərəncama əsasən, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub. Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir. Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.…

Read More

Rəqib oyunçu Zidanın ağzına təpik vurdu – VİDEO

Ötən gecə futbol üzrə İspaniya La Liqasında keçirilən “Real” (Madrid) – “Selta” oyununda (2:2) kuryoz hadisə qeydə alınıb. Qonaqların futbolçusu Cozef Aydu topun yan xətdən çıxmasına mane olmaq istəyərkən istəmədən təpiklə “Real”ın baş məşqçisi Zinəddin Zidanın ağzına zərbə endirib. Fransalı mütəxəssis yerə yıxılıb. Dərhal Zidanın ayağa qalxmasına kömək edən futbolçu ondan üzr istəyib. Futbolçu və baş məşqçi epizod nəticəsində xəsarət almayıb. /oxu.az/

Read More

Göz yorğunluğunu aradan qaldıran TƏBİİ ÜSULLAR

“Gözlər qəlbin aynasıdır” bədii ifadə olsa da, həqiqətə də uyğundur. Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var. Həkim-fitoterapevt Ulduz Hüseynova göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışarkən bunları dedi: “Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı…

Read More

Şok fakt: koronavirus haqda ilk dəfə 40 il qabaq yazılıb… – Bioloji silah kimi yaradılıb

İlk dəfə koronavirusdan 1981-ci ildə bəhs edilib və Uhan-400 adı verilən virus dəhşətli silah kimi təqdim edilib. Koronavirusla bağlı ilk dəfə Din Kunsun qələmə aldığı “Qaranlığın gözləri” romanında rast gəlinir. Hazırda Çində koronavirus 1400-ə yaxın insanın həyatına son qoyub, epidemiyaya tutulanların sayı isə 100 min nəfərə yaxınlaşır. 1981-ci ildə qələmə aldığı məlum romanında amerikalı yazıçı Din Kuns Çin Kommunist Partiyası tərəfindən Uhan yaxınlığında hərbi laboratoriyada bioloji silah kimi yaradılan virusdan söz açır. Romanın süjetində göstərilir ki, Uhan-400 araşdırmasında iştirak edən və Çinin ən təhlükəli kimyəvi silahları haqqında informasiyası olan elm…

Read More