Bakının İtaliyadan aldığı hərbi təyyarə nəyə qadirdir?

Azərbaycanın İtaliya ilə əməkdaşlığı genişləndirmək çərçivəsində bu ölkənin “Leonardo S.p.A” şirkətindən “M-346” hərbi təyyarələrini alması sözügedən reaktiv təlim-məşq təyyarəsinin xarakteristikasını gündəmə gətirib. Sözügedən təyyarənin taktiki-texniki xüsusiyyətlərini təqdim edirik: Ümumi parametrləri: Ekipaj: 2 nəfər Uzunluğu: 11.49 m Qanad uzunluğu: 9.72 m Hündürlüyü: 4.76 m Qanadının sahəsi: 23.52 m² Boş çəki: 4,610 kq Yüklü çəki: 6,700 kq Maksimum yükgötürmə: 9,500 kq Uçuş keyfiyyətləri: Maksimal sürət: 1,059 km/s Uçuş məsafəsi: 1,981 km Maksimal uçuş məsafəsi: 2,722 km (əlavə 3 yanacaq çəni ilə) Uçuş hündürlüyü: 13,716 m Yüksəkliyə qalxma sürəti: 6,705 m/dəq Qanad yüklənməsi:…

Read More

Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama

Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət. Bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi polkovnik Eldəniz Yəhyayev bildirib. Onun sözlərinə görə, şəxsi heyəti çox olan hərbi hissələrdə servis xidmətinin tətbiqi məqsədəuyğun deyil: “Kifayət qədər çox sayda qab-qacaq istifadə olunur, masaların yeməyə hazırlanması və yığılması xeyli vaxt aparır ki, bu da günün nizam qaydalarına riayət edilməsinə mane olur. Digər tərəfdən, servis xidməti həm də şəxsi heyətin sayından asılı olaraq…

Read More

Azərbaycan raketlərini sınaqdan keçirdi – Video

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki-xüsusi məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlər zamanı HHM bölmələri “Buk-MB”, “S-125” və “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.

Read More

Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olublar.Döyüş postlarında növbə çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, qışa hazırlığının vəziyyətini, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri bölmələrin daima döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.Sonra nazirliyin rəhbər heyəti Horadiz şəhərində yerləşən aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri…

Read More

Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır – Video

1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə tədrisinə imkan yaradıb. AzərMedia.az bilirir ki,Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda ali təhsil ocağının 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Təhsil ocağının daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəbin fəaliyyəti cəmləşdirilib. Təhsil müəssisəsində yaradılan müasir tədris şəraiti ali məktəbdə yerli kursantlarla yanaşı xarici dövlətlərdən olan kursantların da yüksək səviyyədə hərbi təhsil almasına əlverişli imkan yaradıb. Son illər hərbi məktəb bir çox xarici dövlətlərin hərbi təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması…

Read More

Əsgərlərimizdən döyüş nümunəsi – VİDEO

Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi plana uyğun olaraq başa çatıb Naxçıvan qarnizonunda keçirilən təlimin üçüncü mərhələsində qəbul edilmiş qərara əsasən, praktiki fəaliyyətlərə cəlb edilmiş birinci eşelon bölmələri məhdud görmə şəraitində şərti düşmənin hücumunu dəf edib, artilleriya və aviasiya bölmələrinin atəşi ilə maksimum zərbə endirərək taktiki qrupun hücuma keçməsi üçün əlverişli şərait yaradıb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, gecənin qaranlığında tank, piyada, mühəndis-istehkam, hava hücumundan müdafiə və tankəleyhinə bölmələr tərkibindən yaradılmış tabor taktiki qrupları ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə hücuma…

Read More

Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır. AzərMedia.az bildirir ki. Müdafiə Nazirliyindən verilən məlumata görə, üç mərhələdə keçiriləcək təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir. Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan Ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və…

Read More

Erməni ordusunun daha bir hərbçisi öldü

Ermənistan ordusunda daha bir hərbçi ölüb. AzərMedia.az xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb. Məlumata görə, dünən 19:30-da hərbi hissələrdən birində Erik Ararat Arutyunyan yaralı vəziyyətdə aşkarlanıb. Onun hospitala çatdırılarkən öldüyü bildirilib. Hərbçinin ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.  /Axar.az/

Read More

Azərbaycan Ermənistanı 17 pillə irəlilədi – Asiyanın ən güclü ordusu siyahısında

Azərbaycan Asiya qitəsi ölkələrinin ən güclü ordusu reytinqində 21-ci yerdə qərarlaşıb.  AzərMedia.az xəbər verir ki, bu barədə Global Firepower təşkilatının 2019-cu il hesabatında öz əksini tapıb. Hesabatda ümumilikdə 45 Asiya ölkəsi yer alıb. Asiya ən güclü orduları siyahısında ilk onluqda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İran, Pakistan, İndoneziya, İsrail yer alır. Özbəkistan 19, Suriya 20, Azərbaycan isə 21-ci yerdə, Gürcüstan 33, Ermənistan 38-ci yerdə qərarlaşıb. Qeyd edək ki, 2019-ci ildə Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 52-ci, Gürcüstan 85-cü,  Ermənistan isə 92-cü yerdə qərarlaşmışdı. Xatırladaq ki, Global Firepower Index reytinqi dünyada ən…

Read More

Yeni texnikalar silahlanmaya qəbul edilib

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin texniki imkanları qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikalarla gücləndirilir. Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, bu gün Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Bu baxımdan hərbi sahədəki əməkdaşlığın səviyyəsi də məmnunluq doğurur. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu ilin iyun ayında Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimində iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdiriblər. Uzun…

Read More