Müdafiə nazirliyi cəbhədəki son gərginliklə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Read More

Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

Şənbə günü Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının müddətdən artıq xidmət edən hərbçisinin cəsədi kirayə qaldığı mənzildə aşkarlanıb.  AzərMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib.  Qeyd edilib ki, hissə komandanlığı və hüquq-mühafizə orqanları tərəfindən Rusiya hərbçisinin ölüm səbəbi araşdırılır: “4 iyul 2020-ci il tarixində hərbi hissənin ərazisindən kənarda – Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının müqavilə əsasında xidmət edən hərbçisinin yaşadığı kirayə mənzildə cəsədi aşkarlanıb. Meyitin üzərində zorakı əlamətlər tapılmayıb. İlkin məlumatlara görə, hərbçinin ölümünə səbəb səhhətilə bağlı olub”. Hadisənin xidmət vaxtından…

Read More

Laçın işğalından 28 il ötür – VİDEO

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsindən 28 il ötür. AzərMedia.az xəbər verir ki,  1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb,…

Read More

Paşinyan indi də Rəsulzadəyə iftira atır – Bəs tarixdə nə olub?

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Yenisabah.az xəbər verir ki, Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.  İttihamın cəfəng olduğunu sübut etmək üçün Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan legionerlərinin komandanı Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə ilk görüşü barədə xatirəsinə diqqət edək: “Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. Milli Azərbaycan Komitəsi, nasist alman məqamlarına məram anlada bilmədi. Hitler “heç bir komitə istəmirəm” demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında…

Read More

Atəşkəs snayper tüfəngləri ilə pozuldu – Cəbhədə gərginlik davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Read More

Cəbhədə gərginlik artıb – Düşmən pulemyotları işə saldı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Read More

Ermənistan ordusu Tərtəri atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. AzərMedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Read More

20-yə yaxın əsgər koronavirusa yoluxub – Erməni nazirdən açıqlama

Ermənistan ordusunda yoluxmuş və təcrid olunmuş koronavirus xəstələri var. AzərMedia.az xəbər verir ki, bu barədə məlumatı müdafiə naziri David Tonoyan jurnalistlərə verdiyi müsahibəsində bildirib. “Evdə koronavirusdan təcrid edilən həbrçilər var. Onlar izolyasiya ediliblər. Bu da virusun yayılmasının qarşısını alır. Düşünürəm ki, hava ilə bağlı daha da az olacaq. Təhlükəli heç nə yoxdur. Sətəlcəmin ağırlaşması hallarının sayı o qədər azdır ki, bu barədə danışmaq utanc verici haldır” deyib. Ümumilikdə Silahlı Qüvvələrdə nə qədər koronavirus hadisəsi qeydə alındığını soruşduqda, nazir belə cavab verib: “Əsasən, bunlar Yerevan yaxınlığındakı hərbi hissələrdə qulluq edənlərdir. Təxminən iyirmi nəfərdir, onlardan…

Read More

Cəbhədə gərginlik artır – atəşkəs 26 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Kəngərli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Read More

Şuşanın işğalından 28 il ötür

Bu gün Şuşanın işğalından 28 il ötür. AzərMedia.az xəbər verir ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan, əsrlər boyu düşmən həmlələrinə mərdliklə sinə gəlmiş, tarixi boyu heç bir düşmən sərkərdəsinə baş əyməyən, Azərbaycanın qeyrət qalası olan Şuşa 28 ildir yağı tapdağı altındadır. Şuşa şəhəri tarixində ilk dəfədir ki, bu qədər uzun müddət işğal altında qalır. Qarabağ silsiləsindən 1500 metr yüksəklikdə yerləşən şəhərin ərazisi…

Read More